Azəri
Surah Al-Qamar ( The Moon ) - Aya count 55
اقْتَرَبَتِ السَّاعَةُ وَانشَقَّ الْقَمَرُ
( 1 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 1 Al-Qamar ( The Moon ) - Aya 1](style/islamic/icons/mp3.png)
O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö’cüzəsi ilə) parçalandı.
وَإِن يَرَوْا آيَةً يُعْرِضُوا وَيَقُولُوا سِحْرٌ مُّسْتَمِرٌّ
( 2 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 2 Al-Qamar ( The Moon ) - Aya 2](style/islamic/icons/mp3.png)
Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö’cüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər.
وَكَذَّبُوا وَاتَّبَعُوا أَهْوَاءَهُمْ ۚ وَكُلُّ أَمْرٍ مُّسْتَقِرٌّ
( 3 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 3 Al-Qamar ( The Moon ) - Aya 3](style/islamic/icons/mp3.png)
Onlar (ayın parçalanmasını, digər mö’cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!)
وَلَقَدْ جَاءَهُم مِّنَ الْأَنبَاءِ مَا فِيهِ مُزْدَجَرٌ
( 4 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 4 Al-Qamar ( The Moon ) - Aya 4](style/islamic/icons/mp3.png)
And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.
حِكْمَةٌ بَالِغَةٌ ۖ فَمَا تُغْنِ النُّذُرُ
( 5 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 5 Al-Qamar ( The Moon ) - Aya 5](style/islamic/icons/mp3.png)
(Bu Qur’an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz!
فَتَوَلَّ عَنْهُمْ ۘ يَوْمَ يَدْعُ الدَّاعِ إِلَىٰ شَيْءٍ نُّكُرٍ
( 6 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 6 Al-Qamar ( The Moon ) - Aya 6](style/islamic/icons/mp3.png)
Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək!
خُشَّعًا أَبْصَارُهُمْ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ كَأَنَّهُمْ جَرَادٌ مُّنتَشِرٌ
( 7 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 7 Al-Qamar ( The Moon ) - Aya 7](style/islamic/icons/mp3.png)
Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.
مُّهْطِعِينَ إِلَى الدَّاعِ ۖ يَقُولُ الْكَافِرُونَ هَٰذَا يَوْمٌ عَسِرٌ
( 8 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 8 Al-Qamar ( The Moon ) - Aya 8](style/islamic/icons/mp3.png)
Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər.
كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ فَكَذَّبُوا عَبْدَنَا وَقَالُوا مَجْنُونٌ وَازْدُجِرَ
( 9 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 9 Al-Qamar ( The Moon ) - Aya 9](style/islamic/icons/mp3.png)
Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: “(Bu) divanədir!” – demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi.
فَدَعَا رَبَّهُ أَنِّي مَغْلُوبٌ فَانتَصِرْ
( 10 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 10 Al-Qamar ( The Moon ) - Aya 10](style/islamic/icons/mp3.png)
(Nuh) Rəbbinə dua edib: “Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!” – dedi.
فَفَتَحْنَا أَبْوَابَ السَّمَاءِ بِمَاءٍ مُّنْهَمِرٍ
( 11 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 11 Al-Qamar ( The Moon ) - Aya 11](style/islamic/icons/mp3.png)
Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq.
وَفَجَّرْنَا الْأَرْضَ عُيُونًا فَالْتَقَى الْمَاءُ عَلَىٰ أَمْرٍ قَدْ قُدِرَ
( 12 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 12 Al-Qamar ( The Moon ) - Aya 12](style/islamic/icons/mp3.png)
Yeri yarıb (oradan) bulaqlar qaynatdıq. Nəhayət, (göydən axan və yerdən qaynayan) sular (lövhi-məhfuzda) əzəldən müəyyən edilmiş bir iş üçün (tufan məqsədilə) bir-birinə qovuşdu.
وَحَمَلْنَاهُ عَلَىٰ ذَاتِ أَلْوَاحٍ وَدُسُرٍ
( 13 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 13 Al-Qamar ( The Moon ) - Aya 13](style/islamic/icons/mp3.png)
Biz Nuhu (ona iman gətirənlərlə birlikdə) taxtadan düzəlmiş və mismarlanmış gəmiyə mindirdik.
تَجْرِي بِأَعْيُنِنَا جَزَاءً لِّمَن كَانَ كُفِرَ
( 14 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 14 Al-Qamar ( The Moon ) - Aya 14](style/islamic/icons/mp3.png)
(Qövmü tərəfindən) inkar edilmiş kimsəyə (Nuha) mükafat olaraq verilən (gəmi) gözümüzün qabağında (nəzarətimiz altında) üzüb gedirdi.
وَلَقَد تَّرَكْنَاهَا آيَةً فَهَلْ مِن مُّدَّكِرٍ
( 15 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 15 Al-Qamar ( The Moon ) - Aya 15](style/islamic/icons/mp3.png)
And olsun ki, Biz onu (tufan hadisəsini, yaxud Nuh qövmünün başına gələnləri sonrakı nəsillərə) ibrət üçün saxladıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ
( 16 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 16 Al-Qamar ( The Moon ) - Aya 16](style/islamic/icons/mp3.png)
Bir (görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
( 17 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 17 Al-Qamar ( The Moon ) - Aya 17](style/islamic/icons/mp3.png)
And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
كَذَّبَتْ عَادٌ فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ
( 18 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 18 Al-Qamar ( The Moon ) - Aya 18](style/islamic/icons/mp3.png)
Ad (qövmü də öz peyğəmbərinə) təkzib etmişdi. (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا صَرْصَرًا فِي يَوْمِ نَحْسٍ مُّسْتَمِرٍّ
( 19 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 19 Al-Qamar ( The Moon ) - Aya 19](style/islamic/icons/mp3.png)
Biz (əzabı) uzun sürən nəhs bir gündə onların üstünə uğultulu (çox soyuq) bir külək göndərdik.
تَنزِعُ النَّاسَ كَأَنَّهُمْ أَعْجَازُ نَخْلٍ مُّنقَعِرٍ
( 20 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 20 Al-Qamar ( The Moon ) - Aya 20](style/islamic/icons/mp3.png)
O, adamları kökündən qopmuş xurma kötükləri kimi (yerindən) qopardıb atırdı.
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ
( 21 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 21 Al-Qamar ( The Moon ) - Aya 21](style/islamic/icons/mp3.png)
(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
( 22 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 22 Al-Qamar ( The Moon ) - Aya 22](style/islamic/icons/mp3.png)
And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
كَذَّبَتْ ثَمُودُ بِالنُّذُرِ
( 23 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 23 Al-Qamar ( The Moon ) - Aya 23](style/islamic/icons/mp3.png)
Səmud (qövmü də Saleh peyğəmbərin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.
فَقَالُوا أَبَشَرًا مِّنَّا وَاحِدًا نَّتَّبِعُهُ إِنَّا إِذًا لَّفِي ضَلَالٍ وَسُعُرٍ
( 24 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 24 Al-Qamar ( The Moon ) - Aya 24](style/islamic/icons/mp3.png)
Onlar demişdilər: “Məgər biz özümüzdən olan (adi) bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq!
أَأُلْقِيَ الذِّكْرُ عَلَيْهِ مِن بَيْنِنَا بَلْ هُوَ كَذَّابٌ أَشِرٌ
( 25 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 25 Al-Qamar ( The Moon ) - Aya 25](style/islamic/icons/mp3.png)
Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!”
سَيَعْلَمُونَ غَدًا مَّنِ الْكَذَّابُ الْأَشِرُ
( 26 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 26 Al-Qamar ( The Moon ) - Aya 26](style/islamic/icons/mp3.png)
(Biz Saleh peyğəmbərə təsəlli verib dedik:) “Onlara kimin yalançı, kimin lovğa olduğunu sabah mütləq biləcəklər!
إِنَّا مُرْسِلُو النَّاقَةِ فِتْنَةً لَّهُمْ فَارْتَقِبْهُمْ وَاصْطَبِرْ
( 27 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 27 Al-Qamar ( The Moon ) - Aya 27](style/islamic/icons/mp3.png)
Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz!
وَنَبِّئْهُمْ أَنَّ الْمَاءَ قِسْمَةٌ بَيْنَهُمْ ۖ كُلُّ شِرْبٍ مُّحْتَضَرٌ
( 28 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 28 Al-Qamar ( The Moon ) - Aya 28](style/islamic/icons/mp3.png)
Və onlara suyun (dəvə ilə) onlar arasında bölüşdürüldüyünü xəbər ver! (Suyu bir gün onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz növbəsində hazır olsun!”
فَنَادَوْا صَاحِبَهُمْ فَتَعَاطَىٰ فَعَقَرَ
( 29 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 29 Al-Qamar ( The Moon ) - Aya 29](style/islamic/icons/mp3.png)
Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdi.
فَكَيْفَ كَانَ عَذَابِي وَنُذُرِ
( 30 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 30 Al-Qamar ( The Moon ) - Aya 30](style/islamic/icons/mp3.png)
(Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu!
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ صَيْحَةً وَاحِدَةً فَكَانُوا كَهَشِيمِ الْمُحْتَظِرِ
( 31 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 31 Al-Qamar ( The Moon ) - Aya 31](style/islamic/icons/mp3.png)
Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər.
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
( 32 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 32 Al-Qamar ( The Moon ) - Aya 32](style/islamic/icons/mp3.png)
And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
كَذَّبَتْ قَوْمُ لُوطٍ بِالنُّذُرِ
( 33 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 33 Al-Qamar ( The Moon ) - Aya 33](style/islamic/icons/mp3.png)
Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı.
إِنَّا أَرْسَلْنَا عَلَيْهِمْ حَاصِبًا إِلَّا آلَ لُوطٍ ۖ نَّجَّيْنَاهُم بِسَحَرٍ
( 34 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 34 Al-Qamar ( The Moon ) - Aya 34](style/islamic/icons/mp3.png)
Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik;
نِّعْمَةً مِّنْ عِندِنَا ۚ كَذَٰلِكَ نَجْزِي مَن شَكَرَ
( 35 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 35 Al-Qamar ( The Moon ) - Aya 35](style/islamic/icons/mp3.png)
Dərgahımızdan bir lütf olaraq! Biz (ne’mətimizə) şükür edəni belə mükafatlandırırıq!
وَلَقَدْ أَنذَرَهُم بَطْشَتَنَا فَتَمَارَوْا بِالنُّذُرِ
( 36 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 36 Al-Qamar ( The Moon ) - Aya 36](style/islamic/icons/mp3.png)
And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar.
وَلَقَدْ رَاوَدُوهُ عَن ضَيْفِهِ فَطَمَسْنَا أَعْيُنَهُمْ فَذُوقُوا عَذَابِي وَنُذُرِ
( 37 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 37 Al-Qamar ( The Moon ) - Aya 37](style/islamic/icons/mp3.png)
Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) “İndi əzabımı və təhdidlərimi dadın!” - (dedik).
وَلَقَدْ صَبَّحَهُم بُكْرَةً عَذَابٌ مُّسْتَقِرٌّ
( 38 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 38 Al-Qamar ( The Moon ) - Aya 38](style/islamic/icons/mp3.png)
And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular).
فَذُوقُوا عَذَابِي وَنُذُرِ
( 39 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 39 Al-Qamar ( The Moon ) - Aya 39](style/islamic/icons/mp3.png)
(Onlara:) “İndi əzabımı və təhdidlərimi dadın!” (dedik).
وَلَقَدْ يَسَّرْنَا الْقُرْآنَ لِلذِّكْرِ فَهَلْ مِن مُّدَّكِرٍ
( 40 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 40 Al-Qamar ( The Moon ) - Aya 40](style/islamic/icons/mp3.png)
And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
وَلَقَدْ جَاءَ آلَ فِرْعَوْنَ النُّذُرُ
( 41 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 41 Al-Qamar ( The Moon ) - Aya 41](style/islamic/icons/mp3.png)
And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Fir’on əhlinə də gəlib çatmışdı.
كَذَّبُوا بِآيَاتِنَا كُلِّهَا فَأَخَذْنَاهُمْ أَخْذَ عَزِيزٍ مُّقْتَدِرٍ
( 42 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 42 Al-Qamar ( The Moon ) - Aya 42](style/islamic/icons/mp3.png)
Onlar ayələrimizin (mö’cüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq.
أَكُفَّارُكُمْ خَيْرٌ مِّنْ أُولَٰئِكُمْ أَمْ لَكُم بَرَاءَةٌ فِي الزُّبُرِ
( 43 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 43 Al-Qamar ( The Moon ) - Aya 43](style/islamic/icons/mp3.png)
(Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?!
أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُّنتَصِرٌ
( 44 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 44 Al-Qamar ( The Moon ) - Aya 44](style/islamic/icons/mp3.png)
Yoxsa onlar: “Biz (Muhəmməd və mö’minlərdən) intiqam ala biləcək bir zümrəyik!” – deyirlər?
سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ
( 45 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 45 Al-Qamar ( The Moon ) - Aya 45](style/islamic/icons/mp3.png)
(Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!
بَلِ السَّاعَةُ مَوْعِدُهُمْ وَالسَّاعَةُ أَدْهَىٰ وَأَمَرُّ
( 46 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 46 Al-Qamar ( The Moon ) - Aya 46](style/islamic/icons/mp3.png)
Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir).
إِنَّ الْمُجْرِمِينَ فِي ضَلَالٍ وَسُعُرٍ
( 47 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 47 Al-Qamar ( The Moon ) - Aya 47](style/islamic/icons/mp3.png)
Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər).
يَوْمَ يُسْحَبُونَ فِي النَّارِ عَلَىٰ وُجُوهِهِمْ ذُوقُوا مَسَّ سَقَرَ
( 48 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 48 Al-Qamar ( The Moon ) - Aya 48](style/islamic/icons/mp3.png)
O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Duyun Cəhənnəmin (ələmini) təmasını!” (deyiləcəkdir).
إِنَّا كُلَّ شَيْءٍ خَلَقْنَاهُ بِقَدَرٍ
( 49 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 49 Al-Qamar ( The Moon ) - Aya 49](style/islamic/icons/mp3.png)
Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq.
وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ
( 50 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 50 Al-Qamar ( The Moon ) - Aya 50](style/islamic/icons/mp3.png)
Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: “Ol!” – deyərik, o da dərhal olar!)
وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ
( 51 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 51 Al-Qamar ( The Moon ) - Aya 51](style/islamic/icons/mp3.png)
And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?!
وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ
( 52 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 52 Al-Qamar ( The Moon ) - Aya 52](style/islamic/icons/mp3.png)
Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir!
وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُّسْتَطَرٌ
( 53 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 53 Al-Qamar ( The Moon ) - Aya 53](style/islamic/icons/mp3.png)
Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır!
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ
( 54 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 54 Al-Qamar ( The Moon ) - Aya 54](style/islamic/icons/mp3.png)
Şübhəsiz ki, müttəqilər (axirətdə) cənnət bağlarında və çaylar kənarında,
فِي مَقْعَدِ صِدْقٍ عِندَ مَلِيكٍ مُّقْتَدِرٍ
( 55 ) ![Azəri - Al-Qamar ( The Moon ) - Aya 55 Al-Qamar ( The Moon ) - Aya 55](style/islamic/icons/mp3.png)
(Heç bir yersiz söhbətə və günaha təhrik olunmayan) haqq məclisində, qadir hökmdarın (Allahın) hüzurunda olacaqlar!