Azəri
Surah Al-Ghashiya ( The Overwhelming ) - Aya count 26
هَلْ أَتَاكَ حَدِيثُ الْغَاشِيَةِ
( 1 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 1 Al-Ghashiya ( The Overwhelming ) - Aya 1](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?
وُجُوهٌ يَوْمَئِذٍ خَاشِعَةٌ
( 2 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 2 Al-Ghashiya ( The Overwhelming ) - Aya 2](style/islamic/icons/mp3.png)
(O gün) bir çox üzlər zəlil görkəm alacaq;
عَامِلَةٌ نَّاصِبَةٌ
( 3 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 3 Al-Ghashiya ( The Overwhelming ) - Aya 3](style/islamic/icons/mp3.png)
(Onlar Cəhənnəmin pillələrinə çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;
تَصْلَىٰ نَارًا حَامِيَةً
( 4 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 4 Al-Ghashiya ( The Overwhelming ) - Aya 4](style/islamic/icons/mp3.png)
Yanar oda girəcəkdir;
تُسْقَىٰ مِنْ عَيْنٍ آنِيَةٍ
( 5 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 5 Al-Ghashiya ( The Overwhelming ) - Aya 5](style/islamic/icons/mp3.png)
Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir.
لَّيْسَ لَهُمْ طَعَامٌ إِلَّا مِن ضَرِيعٍ
( 6 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 6 Al-Ghashiya ( The Overwhelming ) - Aya 6](style/islamic/icons/mp3.png)
Onların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır.
لَّا يُسْمِنُ وَلَا يُغْنِي مِن جُوعٍ
( 7 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 7 Al-Ghashiya ( The Overwhelming ) - Aya 7](style/islamic/icons/mp3.png)
(O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar.
وُجُوهٌ يَوْمَئِذٍ نَّاعِمَةٌ
( 8 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 8 Al-Ghashiya ( The Overwhelming ) - Aya 8](style/islamic/icons/mp3.png)
(O gün) bir çox üzlər sevinəcək;
لِّسَعْيِهَا رَاضِيَةٌ
( 9 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 9 Al-Ghashiya ( The Overwhelming ) - Aya 9](style/islamic/icons/mp3.png)
(Dünyadakı) zəhmətindən razı qalacaq;
فِي جَنَّةٍ عَالِيَةٍ
( 10 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 10 Al-Ghashiya ( The Overwhelming ) - Aya 10](style/islamic/icons/mp3.png)
(Dərəcəsi, qədir-qiyməti) yüksək Cənətdə olacaq,
لَّا تَسْمَعُ فِيهَا لَاغِيَةً
( 11 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 11 Al-Ghashiya ( The Overwhelming ) - Aya 11](style/islamic/icons/mp3.png)
Və orada heç bir boş söz (lağlağı) eşitməyəcəkdir.
فِيهَا عَيْنٌ جَارِيَةٌ
( 12 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 12 Al-Ghashiya ( The Overwhelming ) - Aya 12](style/islamic/icons/mp3.png)
Orada axar bulaq;
فِيهَا سُرُرٌ مَّرْفُوعَةٌ
( 13 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 13 Al-Ghashiya ( The Overwhelming ) - Aya 13](style/islamic/icons/mp3.png)
Orada uca taxtlar;
وَأَكْوَابٌ مَّوْضُوعَةٌ
( 14 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 14 Al-Ghashiya ( The Overwhelming ) - Aya 14](style/islamic/icons/mp3.png)
(Çeşmələr kənarında) piyalələr;
وَنَمَارِقُ مَصْفُوفَةٌ
( 15 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 15 Al-Ghashiya ( The Overwhelming ) - Aya 15](style/islamic/icons/mp3.png)
Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar
وَزَرَابِيُّ مَبْثُوثَةٌ
( 16 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 16 Al-Ghashiya ( The Overwhelming ) - Aya 16](style/islamic/icons/mp3.png)
Və döşənmiş (nəfis) xalılar vardır!
أَفَلَا يَنظُرُونَ إِلَى الْإِبِلِ كَيْفَ خُلِقَتْ
( 17 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 17 Al-Ghashiya ( The Overwhelming ) - Aya 17](style/islamic/icons/mp3.png)
Məgər dəvəyə baxmırlar ki, necə yaradılmışdır?
وَإِلَى السَّمَاءِ كَيْفَ رُفِعَتْ
( 18 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 18 Al-Ghashiya ( The Overwhelming ) - Aya 18](style/islamic/icons/mp3.png)
Göyə (baxmırlar ki) necə ucaldılmışdır?
وَإِلَى الْجِبَالِ كَيْفَ نُصِبَتْ
( 19 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 19 Al-Ghashiya ( The Overwhelming ) - Aya 19](style/islamic/icons/mp3.png)
Dağlara (baxmırlar ki) necə dikəldilmişdir?
وَإِلَى الْأَرْضِ كَيْفَ سُطِحَتْ
( 20 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 20 Al-Ghashiya ( The Overwhelming ) - Aya 20](style/islamic/icons/mp3.png)
Və yerə (baxmırlar ki) necə döşədilmişdir?
فَذَكِّرْ إِنَّمَا أَنتَ مُذَكِّرٌ
( 21 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 21 Al-Ghashiya ( The Overwhelming ) - Aya 21](style/islamic/icons/mp3.png)
(Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən!
لَّسْتَ عَلَيْهِم بِمُصَيْطِرٍ
( 22 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 22 Al-Ghashiya ( The Overwhelming ) - Aya 22](style/islamic/icons/mp3.png)
Sən onların üzərində hakim deyilsən!
إِلَّا مَن تَوَلَّىٰ وَكَفَرَ
( 23 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 23 Al-Ghashiya ( The Overwhelming ) - Aya 23](style/islamic/icons/mp3.png)
Lakin kim (imandan) üz döndərib (Qur’anı) inkar etsə
فَيُعَذِّبُهُ اللَّهُ الْعَذَابَ الْأَكْبَرَ
( 24 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 24 Al-Ghashiya ( The Overwhelming ) - Aya 24](style/islamic/icons/mp3.png)
Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!
إِنَّ إِلَيْنَا إِيَابَهُمْ
( 25 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 25 Al-Ghashiya ( The Overwhelming ) - Aya 25](style/islamic/icons/mp3.png)
Şübhəsiz ki, onların axır dönüşü Bizədir!
ثُمَّ إِنَّ عَلَيْنَا حِسَابَهُم
( 26 ) ![Azəri - Al-Ghashiya ( The Overwhelming ) - Aya 26 Al-Ghashiya ( The Overwhelming ) - Aya 26](style/islamic/icons/mp3.png)
Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!